Wikipedia

Результаты поиска

понедельник, 25 мая 2020 г.

                     

ŞAGİRDLƏRİMLƏ    BAKI BOOK  CENTERDƏ


                               

                                     Kitabı sevin şünki o sizə insanları sevməyi  öyrədəcək.
                                       Şagirdlərimlə Zahid Xəlillə keçirdiyimiz görüşdən.
Beynini nə ilə bəsləyirsənsə həyatına da onu qatırsan.
Şagirdlərimlə Təhsil TV "Qiraətçi " verlişi "Koroğlu" dastanının  müzakirəsi.

Aztv kanalındakı görüşümüzdən .


Azərbaycan Respublikası Təhsil  Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrand müsabiqəsinin qalibi olan "Şagirdlərin oxu bacarıqlarının inkişafı" adlı layihəm.

Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə imkişaf və innovasiyalar üzrə 2-ci qrand müsabiqəsində qalib olan "Şagirdlırin oxu bacarıqlarının inkişafı" adlı layihə çərçivəsində valideynlərlə keçirdiyimiz maarifləndirici görüşdən.
Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə  incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyü­lünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdəmillidəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.
Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır.
Bununla belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.

  https://mail.muallim.edu.az/news.php?id=3503&lang=